Xalqı itirsək, daha hakimiyyətdə qalmağımız üçün heç bir səbəbimiz olmayacaq.
AzerTimes xəbər verir ki, bunu təbrizli millət vəkili, keçmiş səhiyyə naziri Məsud Pezeşkian İran mediasına müsahibəsində deyib.
O, İran parlamentinin 12-ci dövr seçkilərində diskvalifikasiya edilməsinin səbəblərini açıqlayıb:
“Etiraz etməyəcəyəm, ancaq bu, qəbul olunan hərəkət deyil. Necə ola bilər ki, bir qrup gəlib, ömrünü inqilab üçün xərcləyən şəxslərə “hakimiyyətə bağlılığınız yoxdur” desin? Ölkəni yalnız raket və silahla saxlamaq mümkün deyil. Belə getsə, ciddi problemlərlə üzləşəcəyik. İctimai kapitalı və dayağı itirmək faciəli nəticələrə səbəb ola bilər”.
Qeyd edək ki, İranın qarşıdan gələn parlament seçkilərində hazırda parlamentdə olan bir neçə azərbaycanlı millət vəkili, o cümlədən, Əhməd Əlirzabeygi və Məsud Pezeşkian diskvalifikasiya olunublar. Buna səbəb kimi onların “sistemə praktiki inamlarının olmaması” göstərilib.