Məsud Pezeşkian İran İslam Respublikası tarixinin ən savadlı prezidenti olmaqla yanaşı, həm də ən atletik siyasətçi kimi tanınır.
AzerTimes xəbər verir ki, bu barədə İranın idman kanalı məlumat yayıb.
“Onun ərafındakılar idmanın, xüsusilə futzalın bu siyasətçinin gündəlik həyat tərzinin bir hissəsi olduğunu deyirlər. Pezeşkian millət vəkili olduğu dövrdə də, yeni prezident seçildikdən sonra da idmana ara vermir, dostları və həmkarları ilə futzal oynayır. Çoxları onu meydanda bu idman növünün taktiki prinsiplərini düzgün həyata keçirən peşəkar futzalçı hesab edir”, – məlumatda bildirilib.
Qeyd edək ki, Məsud Pezeşkianın parlamentin iclasları başlamadan əvvəl parlament zalında idman etməsi dəfələrlə İran mediasının gündəminə düşüb.