Pezeşkian Ərdoğanı təbrik etdi

Pezeşkian Ərdoğanı təbrik etdi

İran Prezidenti Məsud Pezeşkian 29 oktyabr Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanı təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Pezeşkian təbrik məktubunda Tehran-Ankara əlaqələrinin genişləndirilməsinin vacibliyini də vurğulayıb.

“Ümid edirəm ki, birgə səylər fonunda iki ölkə arasında müxtəlif iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, – Pezeşkian bildirib.

Teqlər: