Pezeşkian Cəlili ilə debata çıxır

Pezeşkian Cəlili ilə debata çıxır

İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turdan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə İranın Milli Televiziyası məlumat yayıb.

İlk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da olacaq.

Qeyd edək ki, 28 iyunda keçirilən birinci turda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub.

Teqlər: