İranın yeni prezidenti Məsud Pezeşkian Tehranın Moskva və Pekinlə əməkdaşlığının genişləndirilməsi yolunu davam etdirəcək.
AzerTimes xəbər verir ki, bunu TASS-a müsahibəsində Tehranda yerləşən İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) direktorlar şurasının üzvü, professor Mahmud Şuri deyib.
“İranın Rusiya və Çinlə münasibətlərinin dəyişməsi üçün heç bir səbəb yoxdur, üstəlik, mən Tehranla Moskva arasında əlaqələrin genişlənəcəyinə və ya heç olmasa əvvəlki səviyyədə qalacağına inanıram. Pezeşkian çox güman ki, dünya gücləri ilə münasibətləri balanslaşdırmağa çalışacaq. Ümumiyyətlə, çox şey Qərb ölkələri ilə qarşılıqlı əlaqələrin necə qurulacağından, qlobal və regional problemlərin İranın xarici siyasət strategiyasına necə təsir edəcəyindən asılıdır”, – Şuri bildirib.