Pezeşkian Azərbaycana gələcək

Pezeşkian Azərbaycana gələcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

AzerTimes xəbər verir ki, söhbət əsnasında Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.

Teqlər: