İran Prezidenti Məsud Pezeşkianın BMT-nin illik sammitində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı onu yalnız 12 nəfərdən ibarət çevik siyasi komanda müşayiət edir və bundan əvvəl prezidentlə ABŞ-a səfər edənlərin sayı barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
AzerTimes xəbər verir ki, bu barədə Təbriz mediası Pezeşkiana yaxın mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Məsud Pezeşkianı müşayiət edənlərin 40 nəfərə yaxın olduğu, onların arasında prezidentin övladlarının da olduğu barədə məlumatlar yayılmışdı.