Biz İranın adından sülh və təhlükəsizlik mesajı gətirmişik.
AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən İran Prezidenti Məsud Pezeşkian deyib.
“BMT-nin sülh və bütün insanlar üçün təhlükəsizlik şüarını həyata keçirməyə çalışırıq. Biz bu mesajın daşıyıcısı olaraq müharibə və qətllərin əvəzinə, rəngindən, irqindən, etnik mənsubiyyətindən və yaşadığı bölgədən asılı olmayaraq, bütün insanların rahat yaşaya biləcəyi bir dünya yaratmalıyıq”, – o bildirib.
Məsud Pezeşkian təəssüflə qeyd edib ki, bu gün dünya belə deyil və ikili standartlara görə bəziləri yaxşı, bəziləri isə pis sayılır.