Şamaxı. Trend:
COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması
çox effektiv bir həll olardı.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru
Hans Klüge deyib.
O bildirib ki, koronavirus əleyhinə peyvənd mövsümi olması ilə
bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin
pandemiya davam etdiyindən hələ bu barədə düşünülmür:
“Ümumilikdə bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə
də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun.
Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar”.
“Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşıdır.
Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə
paylaşılması isə təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür
edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn
addımdır” – ÜST rəsmisi bildirib.