Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq dünyada pandemiya ilə mübarizəni asanlaşdıracaq – ÜST-nin rəhbəri

Dünyada koronavirusa qarşı peyvəndlərə bərabərhüquqlu əlçatanlığın təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıracaq.

AzerTimes-ın məlumaıtna görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: “Acı həqiqət budur ki, peyvəndlər ədalətli əsaslarla paylansaydı, hazırda biz pandemiyaya nəzarət edə bilərdik”.


Onun sözlərinə görə, dünya ölkələri kifayət qədər məlumat, bioloji nümunələr, mənbələr, texnologiyalar və alətlərlə paylaşmırlar: “Böyük maliyyə və geosiyasi qüvvələri olan dövlətlər qlobal peyvənd tədarükünə nəzarəti ələ alıblar, dünyanın əksər yoxsul ölkələri isə unudulub”.