Xəbər - İlhamə İsabalayeva – Trend:
Azərbaycanda əhali arasında COVİD-19-a qarşı kütləvi immunitetin yaranması üçün əhalinin ən azından üçdə ikisinin orqanizmində antitel yaranmalıdır. Biz bu baxımdan peyvəndləmə prosesini sürətləndirməliyik.
Bunu AzerTimes-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O, insanlara virusdan qorunmaq üçün zamanında peyvənd olunması ilə bağlı çağırış da edib:
“Vaksinlə bağlı problemlər hər zaman yaranıb. Yeni doğulmuş uşağına vaksin vurdurmayan o qədər ailə var ki! Hər zaman vaksinin iflicə səbəb olacağı, başqa yan təsirlərin ola biləcəyi düşüncəsi ilə peyvənddən uzaq duran insanlar olub. Amma vaksinin faydaları onun yan təsirlərindən dəfələrlə çoxdur”.