Peyvəndləmə nəticəsində COVİD-19 bizim üçün təhlükəsini itirəcək – Həkim

Xəbər - İlhamə İsabalayeva – Trend:

COVİD-19-a qarşı aparılasn peyvəndləmə nəticəsində bu virus artıq bizim üçün təhlükəliliyini itirəcək.

Bunu AzerTimes-a həkim Emil Qasımov deyib.

Azərbaycanın peyvəndləmə səviyyəsinə görə MDB ölkələri arasında lider olduğunu vurğulayan həkimin sözlərinə görə, peyvəndləmə nəticəsində xəstəlikdən ölüm faizi xeyli aşağı düşə bilər. Əsas məqsəd COVİD-19-a yoluxan insanların xəstəxanaya düşməsinə ehtiyacın olmaması, yoluxanlarda ciddi fəsadlar yaranmaması və bunun ölümə səbəb olmamasıdır.


E.Qasımov əlavə edib ki, ölkəmizə artıq çox sayda vaksin gətirilib və bundan sonra da gətirilməsi nəzərdə tutulur: “Biz istəyirik ki, bütün növ vaksinlər ökəmizə gətirilsin və 8-10 milyon əhalinin hamısı peyvəndlənsin”.

Həkimin sözlərinə görə, insanlara vurulan hər iki doza peyvəndin eyni olması məsləhətdir. Birinci doza “KoronaVak” vaksini istifadə olunubsa, 28 gündən sonra ikinci dozanın da eyni partiyadan olan vaksinin vurulması məsləhətdir: “Yalnız bəzi hallarda xaricdə olan şəxs başqa vaksini vurdurubsa, ölkəmizə gəldikdən sonra vaksinasiyanın tamamlanması, orqanizmində anticisimlərin yaranması üçün başqa vaksini vurdura bilər. Ancaq Azərbaycandayıqsa, hər iki dozanın eyni olması məqsədəuyğundur. Dövlətin strategiyası da budur ki, şəxsə birinci hansı şirkətin peyvəndi vurulubsa, ikinci doza da ondan olsun”.

Teqlər: