Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Hər bir peyvəndin müəyyən yan təsirləri var. Bunlar əksər hallarda oxşardır.

AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin “İnstagram” səhifəsində canlı yayımda olarkən deyib.

O bildirib ki, yan təsirlər vaksinin hansı şəraitdə hazırlanması ilə müəyyən edilir: “Bu gün 5 milyona yaxın insanı peyvəndləmişik və effektini görmüşük. Qızartı, ağrı, şişkinlik, qızdırmanın müəyyən qədər yüksəlməsi, əzələ ağrısı müşahidə oluna bilər. 2-3 sutka ərzində bu yan təsirlər keçir. Əgər yan təsirlər insanın gündəlik iş fəaliyyətini pozursa, belə hallarda çoxlu maye qəbul etmək, istirahət etmək lazımdır. Reaksiya güclüdürsə, ilk növbədə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməlidir”.


Twitter: @cingizsafarli

Teqlər: