Xəbər - İlhamə İsabalayeva – Trend:
Əldə edilmiş məlumatlara əsasən, 18 yaşına çatmamış uşaqlarda yoluxma göstəricisi ümumi qeydə alınmış halların 8.5 %-ni təşkil edir.
AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi bildirir.
Nümayəndəlikdən qeyd edilib ki, peyvəndin tətbiqi başlasa da COVID-19-un yayılmasının qarşısını almaq və ölüm hallarının sayını azaltmaq üçün ən effektiv qoruyucu tədbirlərə davam etməliyik. Bu tədbirlər maska taxmaq, əlləri yumaq və ya dezinfeksiya etmək, fiziki məsafə saxlamaqdır.