Xəbər - İlhamə İsabalayeva – Trend:
Hər kəsə məsləhət görərdim ki, COVİD-19-a qarşı peyvənd olunsun. Mən özüm artıq vaksinin birinci dozasını vurdurmuşam.
Bunu AzerTimes-a “Yeni klinika”nın həkim-laborantı Lalə İbrahimova deyib.
Onun sözlərinə görə, vaksin vurdurduqdan sonra özünü çox normal hiss edib və heç bir narahatlığı olmayıb.
L.İbrahimova fevralın 22-23-də vaksinin ikinci dozasını vurduracağını da söyləyib:
“Vaksindən ehtiyat etmək lazım deyil. Bu, hər birimizin sağlamlığı üçün də vacibdir. Bir həkim ailəsi olaraq, ailəmizin hər bir üzvü də bunu dərk edir və peyvənd olunmağa üstünlük verir. Artıq 32 yaşlı qardaşım öz təşəbbüsü ilə peyvənd edilib. Ailəmizin digər üzvləri də tədricən peyvənd olunacaqlar”.