Oktyabrın 13-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, təxminən bir saat yarım davam edən söhbət zamanı regionun sabitləşməsi perspektivlərinə, eləcə də Qarabağdan Ermənistana gələn insanların humanitar ehtiyaclarının tam ödənilməsi məsələlərinə toxunulub.