Petrosyan Laçına gəldi: “müqavimət” hazırlayır, ancaq qorxur…

Petrosyan Laçına gəldi: “müqavimət” hazırlayır, ancaq qorxur…

Ermənilər Laçın şəhəri və Zabuxda “özünümüdafiə” adı ilə müqavimətə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu prosesə Ermənistandakı “Demokratik birləşmə” partiyasının sədri Suren Petrosyan rəhbərlik edir.

Məlumata görə, Suren Petrosyan və ailəsi hazırda Zabuxdadır.

“Biz Laçın və Zabuxun “özünümüdafiəsinə” praktiki hazır olan insanları mübarizəyə qoşulmağa çağırırıq. 100-dən çox insan bizə qoşulmaq istəyini bildirib. Ermənistandan yüzlərlə məktub göndərilir, amma neçə nəfərin gələcəyini deyə bilmərəm. Çox şey barədə danışmaq istəmirəm, əsas məsələ buraya mümkün qədər çox adamın gəlməsidir”, – o deyib.

Petrosyan “özünümüdafiə”nin silahla, yoxsa başqa vasitələrlə aparılacağını açıqlamaqdan imtina edib. Deyib ki, Ermənistan əhalisinin 0,1 faizi gələrsə, Laçını və Zabuxu təhvil verməyəcəklər:

“Mən ailəmlə Zabuxdayam. Burada müxtəlif fikirlər var. Bəziləri qalıb döyüşəcəyini deyir, bəziləri “Bayraqdar”larla döyüşə bilməyəcəyimizi bildirir”.

Qeyd edək ki, Laçın və Zabuxdakı ermənilərin bir hissəsi artıq ərazini tərk edirlər.

Teqlər: