Ermənistanda işğal siyasətini davam etdirməyə çağırış edənlərdən biri – “Demokratik birlik” adlı partiyanın sədri Suren Petrosyan əlində tutduğu Ermənistan “xəritəsi”nin maketi ilə poz verib.
AzerTimes xəbər verir ki, bu maketlə Nikol Paşinyanın Ermənistan ərazisini əks etdirən maketinə “meydan oxuyan” Petrosyan Azərbaycana ərazi iddiası ilə iştişaşlara başlayacağını anons edib.
O, “mübarizənin son mərhələyə qədəm qoyduqca, bu dağıdıcı dövrü qırmaq üçün tarixi fürsətləri olduğu” kimi cəfəngiyyat səsləndirib:
“Biz hamımız ruhən güclü olmalıyıq və bu mübarizəni qalibiyyətlə sona çatdırmalıyıq. Bu kart artıq qırmızıya çevrilməyəcək. Mübarizə davam edir”.
Qeyd edək ki, Petrosyan sərhədlərin delimitasiyasına qarşı mübarizə aparır və təxribata açıq çağırışlar edir.