“Petkim”in xalis mənfəəti 8 dəfədən çox artıb

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssəsi olan “Petkim” neft-kimya kompleksinin 2021-ci ilin ilk 9 ayı ərzində xalis mənfəəti 3,909 lirə (402,185 milyon dollar) təşkil edib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,76 dəfə çox olub.

Qeyd olunub ki, neft-kimya bazarlarında mənfi konyunktura baxmayaraq “Petkim” satış həcmini artırıb və borcluluğu azaldıb. Hesabat dövründə “Petkim”in satış həcmi 19,165 milıyard lirəyə (1,97 milyard dollar) çatıb, ümumi borcluluq isə 261 milyon dollaradək azalıb.

Eyni zamanda 2021-ci ilin yanvar-sentyabr aylarında “Petkim”in istehsal gücü 89,5 faizdən 92,2 faizədək artıb.

Təklifin azaldığı və neft-kimya məhsullarına tələbin artdığı dövrdə “Petkim” STAR neft emalı zavodu ilə inteqrasiya çərçivəsində istehsal prosesini aralıqsız davam etdirib.

Qeyd edək ki, “SOCAR Türkiyə” “Petkim”i 2008-ci ildə satın alıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: