“Petkim” STAR neft emalı zavodundan daxil olan 2 milyon tondan çox xammaldan istifadə edir

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “Petkim” neft-kimya kompleksi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi STAR neft emalı zavodundan daxil olan 2,3 milyon ton xammaldan istifadə edir.

Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu “SOCAR Türkiyə”nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.

O, bu iki müəssisənin inteqrasiyalı işinin vacibliyini qeyd edib:


“Petkim” artıq 50 ildən çoxdur ki, işləyir. Onun satın alınmasından sonra biz hər il kompleksə 100 milyon dollardan çox investisiya qoymuşuq. Bu müəssisə nafta əsasında işləyir. STAR zavodunda istehsal olunan 2,3 milyon ton xammal “Petkim”də istifadə olunur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: