Bu gün Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü ilə bağlı əsas dəniz paradı keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, paradı Rusiya Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin qəbul edib.
Bildirilib ki, parad ənənəvi olaraq dəniz və quru hissədən ibarət olub. Paradda 20 gəmi və qayıq, bir sualtı qayıq və dörd yelkənli gəmi iştirak edib.