Peterburqda “lift diplomatiyası”: Nikol sadiq qalacaqsa…

Peterburqda “lift diplomatiyası”: Nikol sadiq qalacaqsa…

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda görüşlə yanaşı, iclasdan birgə çıxması da diqqət çəkdi. Bu, tərəflər arasında münasibətlərin normallaşması, birbaşa təmasların inkişafı baxımından müsbət məqamdır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Lakin bu detal 2018-ci ildə MDB-nin Düşənbə sammiti çərçivəsində baş verən “lift diplomatiyası”nı da xatırladır. Həmin vaxt Əliyev Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla ilk dəfə görüşürdü. Paşinyan “atəşkəsə” əməl etmək haqda söz vermiş və Əliyevdən xahiş etmişdi ki, danışıqlarda konstruktiv mövqe səergiləyəcək, lakin hakimiyyətə yeni gəldiyi üçün zamana ehtiyacı var. Sonradan mövqeyinin dəyişməsi 44 günlük müharibəyə səbəb oldu.

Sankt-Peterburqda “lift diplomatiyası”nı xatırladan təmasların hadisələrin inkişafına necə təsir edəcəyi də Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağından asılı olacaq”, – politoloq vurğulayıb.

Teqlər: