Sankt-Peterburqda Finlandiya körfəzi yaxınlığındakı Lisiy Nos stansiyasında naməlum şəxs təxribat törədib.
AzerTimes xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.
“Vağzal növbətçisi dəmir yolunun oxlarına nəzarəti itirdiyini müşahidə edib. Növbətçi fövqəladə xidmət çağırıb və dəmir yolu oxlarının döngələrin istiqamətini təyin edən idarəetmə köşkünün yandığı məlum olub. İlkin məlumata görə, bu, qəsdən törədilib. Polis təxribatçını axtarır”, – məlumatda deyilir.