Rusiyanın Sankt-Peterburq şəhərindəki anqarda yanğın başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Yanğın Lomonosovski rayonu, Volxonskoe şossesi, 4 ünvanında yerləşən anqarda baş verib. Anbarın içərisində yanğının çox olması söndürülməni çətinləşdirir. 1000 kv.m-lik ərazi yanır”, – məlumatda qeyd olunub.
Bildirilib ki, yanğının söndürülməsinə 75 yanğınsöndürən və 21 texnika cəlb olunub.
Rusiya Teleqram kanallarının məlumatına görə, yanğın nəticəsində iki nəfər xəsarət alıb.