Peterburq terroçusu təsdiqləndi

Peterburq terroçusu təsdiqləndi

DNT ekspertizası Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun şəxsiyyətini müəyyənləşdirib.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Artıq valideynləri də A.Cəlilovun meyitini tanıyıblar. Əməliyyatçılar hazırda onun ətrafında olan insanları araşdırır.

Xatırladaq ki, aprelin 3-də, günorta saatlarında Sankt-Peterburq metrosunun “Sennaya Ploşad” və “Texnoloqiceskiy institut” stansiyalarının keçidində baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Ölən və yaralananlar arasında azərbaycanlılar da var.

akberjon