Xəbər verdiyimiz kimi, Avropa Birliyinin Azərbaycandakı səfiri Peter Mixalko Zəngilana səfər edib.
AzerTimes xəbər verir ki, o, bu barədə özünün X səhifəsində yazıb.
“Minalarla mübarizə konfransında iştirak etmək və AB-nin Azərbaycana dəstəyi üçün əlavə imkanları araşdırmaq məqsədilə bu səhər gözəl Zəngilana uçuruq”, – səfir bildirib.
Qeyd edək ki, Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək.