Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Laçında 4 azərbaycanlı hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.
“Dörd Azərbaycan hərbçisinin xidməti vəzifələrini yerinə yetirərkən faciəli şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Onların ailələrinə, dostlarına və həmkarlarına başsağlığı verirəm”, – Mixalko yazıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun 4 hərbçisi xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən həlak olub.