“Azərbaycan mənim ikinci evimdir”. Bunu Bakıda səfərdə olan Türkiyənin tanınmış müğənnisi Petek Dinçöz söyləyib.
Sənətçi qeyd edib ki, Azərbaycanda ev almağı planlaşdırır:
“Mənim nənəm Azərbaycan əsillidir. Məhz buna görə də Azərbaycan mənə çox doğmadır. Bura mənim ikinci evimdir. Azərbaycanı çox sevdiyim üçün buradan ev almağa hazırlaşıram“.