Futbol üzrə Rusiya yığmasının sabiq üzvü Andrey Arşavin Tatyana Navkanın aparıcı olduğu “Komanda” verilişində qonaq olub.
AzerTimes Aut.az-a istinadən xəbər verir ki, sabiq hücumçu söhbət əsnasında aparıcı ilə əri – Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla bağlı zarafat edib.
– Mən sizin ərinizi bəyənirəm… birincini. İkincini isə…
– Bəs ikincisi xoşunuza gəlmir?
– İkincisini hələ bilmirəm.
Navka cavab olaraq gülüb və “Uşaqlar, indi maraqlı proqramımız olacaq”, – deyə davam edib.
Qeyd edək ki, fiqurlu konkisürən 2000-2010-cu illərdə məşqçi Aleksandr Julinlə evli olub. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovla ailə həyatı qurub.