Peskovun oğlu “Vaqner”in tərkibində döyüşüb

Peskovun oğlu “Vaqner”in tərkibində döyüşüb

Kreml sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner”in sıralarında savaşıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojın bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov həyatının bir hissəsini Amerikada və ya yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir: “Onu sıravi artilleriyaçı kimi götürün.

33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib: “Dizinə qədər çirkdə, nəcisdə, “Uraqan”da. Çox adam bunu bilmir”, – Priqojın qeyd edib.

Teqlər: