Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya hərbçilərinin son bir ildə xüsusi əməliyyat zamanı (Ukraynaya müdaxilə– red.) heç bir uğur əldə etmədiyi iddiaları həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Ukrayna Silahlı Qüvvələrinin (AFU) sürətlə mövqelərini itirdiyinə diqqət çəkib və bunun qaçılmaz bir proses olduğunu da vurğulayıb.
“ABŞ kəşfiyyatı Ukrayna qoşunlarının nə qədər itkilər verdiyini görməli, həmçinin onların irəliləyiş potensialının olmadığını da müşahidə etməlidir”, – deyə o bildirib.