NATO-nun baş katibi Yens Stoltenberqin daha çox nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlamaları eskalasiyadır.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu, nüvə silahından hər hansı təhdid və ya istifadənin qəbuledilməz olduğunu bildirən Ukrayna Konfransının kommünikesinə zidd görünür”,- Peskov bildirib.