Rusiya Cənubi Afrikaya Putinin BRİKS sammitində iştirak üçün bu ölkəyə gəldiyi zaman mümkün həbsinin müharibə elanı olacağı barədə xəbərdarlıq göndərməyib, ona görə də burada izah ediləcək heç nə yoxdur.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bu barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiya dövlət başçısına qəsd cəhdinin nə olduğunu dünyada hər kəs bilir.
Qeyd edək ki, Cənubi Afrika prezidenti Rusiya liderinin BRİKS sammitində mümkün həbsinin Rusiyaya müharibə elan etmək demək olduğunu açıqlayıb.