Peskov “Voll Strit” müxbirinin həbsini şərh etdi

Peskov “Voll Strit” müxbirinin həbsini şərh etdi

Söhbət şübhədən getmir, jurnalist cinayət başında yaxalanıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçin saxlanması barədə danışarkən deyib.

“Bu, FTX-nin səlahiyyətidir, artıq onların bəyanatı olub, bizim burada əlavə edəcəyimiz heç nə yoxdur”, – Peskov bildirib.

Peskov detalları bilmədiyini vurğulayıb.

“Xeyr, dəqiqləşdirə bilmərəm, təfərrüata hakim deyiləm. Bir daha təkrar edirəm – bu, sadəcə olaraq, casuslarla mübarizə aparan xüsusi xidmət orqanlarının səlahiyyətindədir”.

Teqlər: