
Siz təklif edirsiniz ki, biz bunu Uitkoff əvəzinə “Röyters” ilə müzakirə edək?
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Röyters” agentliyinin Ukraynanın NATO-ya daxil olmasına qarşı təminatları haqqında sualını cavablandırarkən deyib.
“Müzakirə üçün Uitkoff daha cəlbedicidir”, – o bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna üzrə dialoqu davam etdirmək üçün dekabrın 1-də Moskvaya gələcək.

