Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib, koordinasiya diplomatik kanallar vasitəsilə davam etdirilir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Tarixlər müəyyən olunduqda məlumat verəcəyik”, – Peskov Putinlə Ərdoğan arasında görüşün vaxtı ilə bağlı sualını cavablandırarkən bildirib.