Rusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı nəzərdə tutulmur.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Hələ ki, proqramda yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Ərdoğan NATO toplantısı sonrasında Rusiya və Ukrayna prezidentləri ilə bu həftə sonu, yaxud növbəti həftə taxıl dəhlizini müzakirə edəcəyini açıqlamışdı.