Peskov Paşinyana cavab verdi

Peskov Paşinyana cavab verdi

Bizim erməni tərəfdaşlarımızla kifayət qədər tez-tez təmaslarımız olur və təbii ki, biz buna aydınlıq gətirəcəyik.

AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın KTMT-yə üzvlüyünün dondurulması ilə bağlı bəyanatından sonra İrəvanın təşkilatdakı fəaliyyətinin necə olacağı sualını cavablandırarkən deyib.

“Çünki müvafiq sənədlərə əsasən, belə bir rejim (dondurulmuş üzvlük – red) de-yure KTMT planında sadəcə olaraq yoxdur. Danışıb, öyrənərik”, – o bildirib.

Teqlər: