Qazaxıstan suveren bir dövlətdir, bütün ölkələrlə münasibətləri öz istəyi ilə inkişaf etdirir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana bugünkü səfərini şərh edərkən deyib.
O, Rusiya ilə Qazaxıstan arasında tarixi və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.
Peskov əlavə edib ki, ölkələr müttəfiqdir və onların maraqları bir çox inteqrasiya formatlarında birləşib.