Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Frans Press” agentliyinin jurnalistinə general Sergey Surovikinlə bağlı sual verməyə icazə verməyib.
AzerTimes xəbər verir ki, hadisə Peskovun gündəlik brifinqi zamanı baş verib.
Jurnalist bildirib ki, Sergey Şoyqu dünən jurnalistlərin general Surovikinə qarşı mümkün təhqiqatla bağlı suallarını cavabsız qoyub. Müxbirin “Bu sualı sizə ünvanlaya bilərik?” sualına Peskov belə cavab verib: “Xeyr, bilməzsiniz”.