Vladimir Zelenskinin “Rusiyanı sülhə məcbur etmək” mövqeyi ölümcül səhvdir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Fikrimcə, bu mövqe ölümcül səhvdir. Ölümcül səhv, sistemli səhv – bu, kökündən yanlışdır və təbii ki, Kiyev rejimi üçün nəticələri qaçılmaz edəcək”, – o bildirib.
Qeyd edək ki, Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiyanı sülhə məcbur etmək planı barədə danışıb.