Peskov: Ankaradan açıqlama gözləyirik!

Peskov: Ankaradan açıqlama gözləyirik!

“Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtması qaz qovşağının tikintisinə təsir etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva Ankaradan açıqlama gözləyir:

“Biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu əlaqələr həqiqətən çoxyönlüdür. Qaz qovşağı layihəsi bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin maraqlarına toxunur. Biz qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyik. Dialoqumuz zamanı Türkiyə tərəfdən baş verənlərlə bağlı açıqlamalar alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq”.

Teqlər: