Rusiyanın növbəti dövlət başçısı hazırki prezident Vladimir Putin kimi olmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov 2024-cü ilin martında baş tutacaq prezident seçkiləri ilə bağlı açıqlamasında deyib.
Peskov Putinin hələ ki, namizəd olmaq istəyini açıqlamadığını bildirib:
“Fəqət onun bunu edəcəyinə qəlbən inanıram. Seçkilərdə qalib gələcəyinə, dövlət başçısı olaraq qalacağına şübhə etmirəm”.