Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
AzerTimes xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 153 nəzarətçi, 22 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.