“Peşəkar Karyera Məsləhətçisi” təlim kursuna müraciət qəbulu aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşəkar Karyera
Məsləhətçisi” adlı təlim kursuna strat verilir. Agentliyin Mərkəzi
Karyera filialının təşkil etdiyi təlim kursu Azərbaycan
Universitetlərinin Karyera mərkəzlərində çalışan əməkdaşlar üçün
nəzərdə tutulub.

Kursun məqsədi karyera mərkəzlərinin əməkdaşlarının
şəbəkələşməsinə dəstək göstərmək, peşəkar karyera məsləhətçilərinin
bilik və bacarıqlarının artırılmasına töhfə vermək, mövcud
çətinlikləri müzakirə edərək yerli təcrübələri və həll yollarını
bölüşməkdən ibarətdir.

Təlimlər Agentliyin karyera planlaması üzrə ekspertləri
tərəfindən keçiriləcək. Proqrama 14 onlayn təlim və 3 əyani
şəbəkələşmə görüşü daxildir. Kursun müddəti isə 2 aydır.

Müraciət üçün link: www.shorturl.at/ghO08


Son müraciət tarixi: 22 fevral 2022-ci il

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi
məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi
vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə
və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: