Peşəkar İntellekt Liqası həyacanı “Misli” ilə davam edir

Peşəkar İntellekt Liqası həyacanı “Misli” ilə davam edir

“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası davam edir

Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman insan kapitalını üstün tutaraq, ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub. Bu dəfə “Misli” intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) sponsoru olub.

İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edir. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.

Layihənin 2023-cü il üzrə 2 mövsüm keçirilməsi planlaşdırılıb. Hər həftə sonu keçirilən oyunlarda yalnız 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Həftəlik olaraq 60-70 nəfər intellektual oyunlarda bir-biri ilə mübarizə aparır. Layihənin dekabr ayının sonuna kimi davam etməsi nəzərdə tutulub. 10 turluq mövsümün sonunda qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, “Azərlotereya” ASC fəaliyyətində cəmiyyətin inkişafına hesablanan layihələrə böyük yer verir. Şirkət son bir ildə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atıb. Onlar arasında təhsilin inkişafını rəhbər tutan “Əmanətə sədaqət” layihəsidir ki, bu çərçivədə Azərbaycan və Türkiyədə təhsil alan ümumilikdə 66 nəfər şəhid övladının təhsil və yaşam xərcləri qarşılanır.

“Azərlotereya” ASC hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərərək ölkə əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak edir. Bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan layihələrin icrasında iştiraka davam edəcək.

Teqlər: