30 may tarixində Tailandın Banqkok şəhərində orta çəkidə “WBC ASİA” kəməri uğrunda peşəkar boks döyüşü keçirilib.
AzerTimes xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən peşəkar boksçu İsmət Quliyev Əfqanıstandan olan idmançı Əhməd Samir Davrani ilə qarşılaşıb.
Ağır keçən döyüşdə bokçumuz qalib gəlib. Bununla da İsmət Quliyev Azərbaycan tarixində ilk dəfə orta çəkidə “WBC Asiya” kəmərinin sahibi olub.
Qeyd edək ki, bu, İqmət Quliyevin peşəkar rinqdə 15-ci qələbəsi olub.