Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib

Xəbər - rend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin 7 saylı Ərazi Məşğulluq filialının
təşəbbüsü ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində
fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində görüş olub.

Yeni əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə
işsizlik səviyyəsinin azaldılması, peşə hazırlığının təşkili,
sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin
güclənməsi istiqamətində qəbul edilən müxtəlif proqram və tədbirlər
barədə məlumat verilib, birgə innovativ layihələrin, tədbirlərin və
forumların həyata keçirilməsi ilə bağlı ilkin razılığa gəlinib.

Həmçinin görüşdə əmək bazarının mövcud tələbləri, tələbə və
məzunların karyera inkişafının dəstəklənməsi və bu istiqamətdə
görülən işlərlə bağlı məlumat verilib.
Yaxın zamanda “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentləri
ilə də görüşün keçirilməsi qərara alınıb.

Teqlər: