Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma” devizi ilə
növbəti peşə hazırlığı kursuna başlayacaq.
Qusar rayonu Quxuroba kəndində fəaliyyət göstərən kənd
təsərrüfatı müəssisəsinin elan etdiyi vakansiyalar üzrə təşkil
ediləcək kurs traktorçu və budama mütəxəssisi peşələrini əhatə
edir.
Seçim zamanı müəssisənin Qusar rayonunun Balaqusar, Düztahir,
Gican, Qullar, Maqsudkənd, Minəxur, Moruq, Mucuq, Üzdənoba
kəndlərində yerləşən sahələrinə yaxın ərazilərdə yaşayan
vətəndaşların işə qəbuluna üstünlük veriləcək.
İşə qəbul ediləcək şəxslər əvvəl peşə hazırlığı kurslarına cəlb
ediləcək və kurs müddətində onlara minimum əməkhaqqı məbləğində
təqaüd ödəniləcək.
Əməkdaşlıq çərçivəsində peşə kursunu uğurla bitirən 40 nəfərin
işlə təmin edilməsi nəzərdə tutulub.
Müraciət etmək üçün 9 saylı Ərazi Məşğulluq filialının Quba,
Qusar və Xaçmaz rayonları üzrə xidmət şöbələrinə yaxınlaşa və ya
aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
023 335-31-33
055 900-18-09
023 325-34-11