Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbayanda peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 faiz artıb.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, peşə məktəblərinə qəbul 12 % artıb: “Hazırda peşə məktəblərində təhsil alanların sayı 26 500 nəfərdir. Sovet dövründə ali təhsil müəssisələrinə qəbul üçün plan yerlərinin sayı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır. Son 5 ildə əhalinin demoqrafik inkişafı ilə əlaqəli ərizə və qəbul arasındakı fərq 2 dəfədən aşağı düşüb. Universitetə qəbul üçün 90 minə yaxın şəxs ərizə verirsə, təxminən 48 mini qəbul olur”, – deyə E.Əmrullayev bildirib.

O vurğulayıb ki, məzunların ixtisas sahibi olması dövrün problemidir:

“Hər il bu sahədə vəziyyət nisbətən yaxşılaşsa da, hələ də bu problemin həlli istiqamətində addımlar atılmalıdır.

Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil pilləsini bitirəndə əmək bazarına ixtisas sahibi olmadan daxil olur: “9-cu sinfi bitirir, əlində təhsil sənədi var, lakin heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir və eyni problemlər qalır”, – deyə nazir bildirib.

Teqlər: